...

Dağıstanda torpaq sürüşmələri yüzlərlə evə ziyan vurub

Dünya xəbərləri Materials 16 Aprel 2026 16:28 (UTC +04:00)
Dağıstanda torpaq sürüşmələri yüzlərlə evə ziyan vurub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Dağıstan Respublikasında leysan yağışların ardında baş verən torpaq sürüşmələri yüzlərlə evə ziyan vurub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublika administasiyasının mətbuat xidmətindən bildirilib.

“İlkin məlumatlara görə, Dağıstanın dağlıq ərazilərində torpaq sürüşmələri nəticəsində təxminən 200 ev zərər çəkib. Bu rəqəm daim artır, ziyanın qiymətləndirilməsi davam edir”, – deyə respublika hökumət sədrinin müavini Ramazan Cəfərov bildirib.

Ən çox zərər Daxadayev, Dokuzparin, Qunib, Akuşa, Lak və Levaşi rayonlarında yerləşən evlərə dəyib. Daxadayev rayonunda 80-dən çox təsərrüfat hələ də risk zonasında qalır. Bundan əlavə, infrastruktur – yollar, körpülər və digər obyektlər də zərər görüb.

Qarabudağkənd rayonunda 26 min nəfər susuz qalıb. Onlara içməli su daşınaraq çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti