Bakı. Trend:
Avropa İttifaqı ölkələrində əhalinin ümumi sayının 2100-cü ilə qədər 11,7 faiz azalacağı proqnozlaşdırılır.
Trend xəbər verir ki, bu barədə “Eurostat” yeni hesablamalar paylaşıb.
Məlumata görə, Aİ-nin statistika idarəsi cari demoqrafik məlumatlara əsaslanan əhali proqnozlarını dərc edərək, əsrin sonuna qədər İttifaq ölkələri əhalisinin təxminən 53 milyon nəfər azalaraq 398,8 milyona çatacağını proqnozlaşdırıb.
Proqnozlar göstərir ki, 2025-ci ildə 451,8 milyon olaraq qiymətləndirilən Aİ əhalisinin 2029-cu ildə 453,3 milyona çatacağı və 2100-cü ilə qədər uzunmüddətli azalma nümayiş etdirəcəyi gözlənilir.
