...

Azərbaycan BVF ilə makroiqtisadi sabitliyi müzakirə edib

İqtisadiyyat Materials 17 Aprel 2026 11:05 (UTC +04:00)
Azərbaycan BVF ilə makroiqtisadi sabitliyi müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) ilə makroiqtisadi sabitliyi müzakirə edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bank sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də Yaz Toplantıları çərçivəsində Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktorunun müavini Bo Li ilə təşkil olunan görüşdə iştirak edib.

Əliyar Məmmədyarov çıxışı zamanı Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, dayanıqlı inkişafın dəstəklənməsi, eləcə də BVF-nin təşəbbüsü və yardımı ilə icra olunan layihələrin cari vəziyyəti barədə görüş iştirakçılarını məlumatlandırıb.

Qafqaz və Mərkəzi Asiya ölkələri maliyyə nazirləri və mərkəzi bank sədrlərinin iştirak etdiyi görüşdə regionun üzləşdiyi iqtisadi risklər və çağırışlar, eləcə də makroiqtisadi və maliyyə sabitliyinin qorunması üçün zəruri siyasət və islahatlara dair məsələlər müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti