...

BMT-nin baş katibi İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb

Dünya xəbərləri Materials 17 Aprel 2026 02:08 (UTC +04:00)
BMT-nin baş katibi İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Livan və İsrail arasında atəşkəs rejiminin yaradılmasını alqışlayır və bütün tərəfləri onun bütün müddəalarına hörmətlə yanaşmağa çağırır.

Trend-in məlumatına görə, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Baş katib İsrail və Livan arasında 10 günlük atəşkəs elanını alqışlayır və atəşkəsin asanlaşdırılmasında Birləşmiş Millətlər Təşkilatının rolunu yüksək qiymətləndirir. Baş katib ümid edir ki, bu atəşkəs danışıqlara və münaqişənin uzunmüddətli həllinə yönəlmiş BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə həyata keçirilməsinə yol açacaq. Bütün tərəfləri atəşkəsə tam hörmət etməyə və beynəlxalq humanitar hüquq da daxil olmaqla, beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə əməl etməyə çağırır", - deyə bildirilib.

Dünya təşkilatının rəhbəri həmçinin ümid etdiyini bildirib ki, bu razılaşma Yaxın Şərq regionunda "uzunmüddətli və hərtərəfli sülhə" nail olmağa töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti