...

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların dəyəri artıb

İqtisadiyyat Materials 17 Aprel 2026 10:48 (UTC +04:00)
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların dəyəri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə 3,033 milyard ABŞ dolları dəyərində 1,385 milyon ton yük daşınıb.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 155,8 milyon ABŞ dolları və ya 5,4% çox, həcm ifadəsində isə 14,064 min ton və ya 1% azdır.

Hesabat dövründə Azərbaycandan avtomobil nəqliyyatı ilə 612,4 milyon ABŞ dolları dəyərində təqribən 550,6 min ton yük ixrac olunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 92,7 milyon ABŞ dolları və ya 17,8% çox, həcm ifadəsində isə 11,7 min ton və ya 2,1% azdır.

Bu ilin yanvar-mart aylarında Azərbaycana avtomobil nəqliyyatı ilə 2,420 milyard ABŞ dolları dəyərində 834,7 min ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 63,2 milyon ABŞ dolları və ya 2,7% çox, həcm ifadəsində isə 2,408 min ton və ya 0,3% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda yük nəqliyyat vasitələri ilə ümumilikdə 9,407 milyard ABŞ dolları dəyərində 13,014 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,642 milyard ABŞ dolları və ya 21,9%, həcm baxımından isə 1,328 milyon ton və ya 9,3% azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 5,402 milyard ABŞ dolları dəyərində 10,796 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 983,7 milyon ABŞ dolları və ya 15,4%, həcm ifadəsində isə 737,2 milyon ton və ya 6,4% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-mart aylarında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 4,005 milyard ABŞ dolları dəyərində 2,218 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,658 milyard ABŞ dolları və ya 29,3%, həcm baxımıdan isə 590,4 min ton və ya 21% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti