Bakı. Trend:
ABŞ hələlik Venesuelada seçkilərin mümkün tarixlərini açıqlamağa hazır deyil.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Qərb Yarımkürəsi İşləri Bürosunun yüksək vəzifəli rəsmisi Maykl Kozak aprelin 16-da ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləmələrində bildirib.
"Bizim təyin etdiyimiz bir tarix yoxdur, seçkilərə və demokratiyaya keçidə imkan verəcək şərtlərimiz var. Və biz bu şərtlərin icrasına nəzarət edirik", - deyə o qeyd edib.