...

Çin nüvə enerjisi potensialına görə dünyada liderə çevrilib

İqtisadiyyat Materials 17 Aprel 2026 07:03 (UTC +04:00)
Çin nüvə enerjisi potensialına görə dünyada liderə çevrilib

Bakı. Trend:

Çində atom elektrik stansiyalarının (AES) ümumi quraşdırılmış gücü 125 milyon kVt-a çatıb və bu, ölkəni bu göstərici üzrə dünya liderinə çevirib.

Trend-in məlumatına görə, bu barədə Çin Nüvə Enerjisi Assosiasiyası tərəfindən dərc edilən "Çin Nüvə Enerjisinin İnkişafı Hesabatı 2026" (Mavi Kitab) sənədində qeyd olunub.

Sənədə əsasən, Çində kommersiya istismarında olan 60 nüvə enerji bloku var. Daha 36 blok isə tikilməkdədir ki, bu da qlobal miqyasda tikilməkdə olan nüvə reaktorlarının yarısından çoxunu təşkil edir.

Bundan əlavə, 16 enerji bloku səlahiyyətlilərdən təsdiq alıb və işlərin başlanmasını gözləyir.

Xəbər lenti

Xəbər lenti