...

Tramp İranla razılaşma naminə əlavə güzəştlər edə bilər

Dünya xəbərləri Materials 17 Aprel 2026 08:36 (UTC +04:00)
Tramp İranla razılaşma naminə əlavə güzəştlər edə bilər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə etmək üçün əlavə güzəştlərə getməyə hazır ola bilər.

Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti mənbələrə istinadən xəbər verib.

Qeyd edilib ki, D. Trampın İsrail və Livan arasında atəşkəs elan etməsi onun İrana qarşı "müharibəyə son qoymaq istədiyini" göstərir.

Bildirilib ki, bu yaxınlarda Ağ Ev rəhbəri Livanda hərbi əməliyyatların dayandırılmasının ABŞ və İran arasında atəşkəsin şərtləri arasında olmadığını qeyd edərək, qarşıdurmanı "ayrıca toqquşma" adlandırıb. Lakin "Tramp [İsrail Baş naziri Benyamin] Netanyahunu zərbələri dayandırmağa məcbur etməklə İran razılaşmasını poza biləcək bir amili aradan qaldırdı."

Qəzet Fars körfəzi ölkələrindən birinin adı açıqlanmayan yüksək vəzifəli məmurunun sözlərinə istinadən bildirir ki, "Düşünürəm ki, o, həqiqətən də buna son qoymaq istədiyi üçün başqa güzəştlərə də gedəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti