...

QHT-lərə dəstək çərçivəsində 5 ildə 2 514 layihə maliyyələşdirilib

Cəmiyyət Materials 17 Aprel 2026 11:45 (UTC +04:00)
QHT-lərə dəstək çərçivəsində 5 ildə 2 514 layihə maliyyələşdirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

5 il ərzində 14 qrant müsabiqəsi çərçivəsində 2 514 layihə maliyyələşdirilib.

Trend xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Fuad Rzazadə agentliyin 5 illiyinə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, 2021-ci il üzrə 411, 2022-ci il üzrə xüsusi qrant müsabiqələri ilə birlikdə ümumilikdə 516, səfər qrantları üzrə 16, 2023-cü il üzrə xüsusi qrant müsabiqələri ilə birlikdə ümumilikdə 448, səfər qrantları üzrə 28, 2024-cü il üzrə xüsusi qrant müsabiqələri ilə birlikdə ümumilikdə 432, səfər qrantları üzrə 36, 2025-ci il üzrə xüsusi qrant müsabiqələri ilə birlikdə ümumilikdə 407, səfər qrantları üzrə 23 layihə maliyyələşdirilib.

2026-cı ildə isə xüsusi qrant müsabiqələri ilə birlikdə ümumilikdə 300 layihə agentlik tərəfindən maliyyələşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti