Bakı. Trend:
Azərbaycanın qabaqcıl platforması, netvorkinq, tədbir və media resursu olan “İZ Community” növbəti genişmiqyaslı layihəsini təqdim edir.
2 may 2026-cı il tarixində, saat 11:00-dan 20:00-dək "Landmark Rotunda Hall"-da gənclərin gələcək təhsil seçimlərinə dəstək məqsədilə genişmiqyaslı təhsil sərgisi baş tutacaqdır. Tədbir “İZ Community” – tərəfindən “Study in Kazakhstan” layihəsi çərçivəsində təşkil olunur.
Hər kəs üçün əlçatanlığı təmin etmək məqsədilə sərgiyə giriş tamamilə sərbəstdir və qeydiyyat tələb olunmur. Ziyarətçilər heç bir öncədən qeydiyyat olmadan tədbirə qatıla və universitet nümayəndələri ilə birbaşa ünsiyyət qura bilərlər.
Sərgidə nələr gözlənilir?
Tədbir beynəlxalq təhsil miqyasını bir məkanda birləşdirir:
Beynəlxalq Universitetlər: Qazaxıstandakı Britaniyanın nüfuzlu Cardiff University ilə yanaşı, Qazaxıstanın 20-dən çox aparıcı ali təhsil müəssisəsi (Əl-Fərabi adına Qazax Milli Universiteti, L.N. Qumilyov adına Avrasiya Milli Universiteti, Turan Universiteti və s.) təmsil olunacaq.
Yerli Liseylər: Ölkəmizin qabaqcıl liseyləri öz innovativ təhsil proqramlarını və üstünlüklərini nümayiş etdirəcəklər.
Brendlər və Tərəfdaşlar: Təhsil, karyera və fərdi inkişaf sahəsində fəaliyyət göstərən yerli brendlər öz xidmətləri ilə iştirakçıların ixtiyarında olacaqlar.
Tədbirin əhəmiyyəti:
“Beynəlxalq təhsil evinizə daha yaxın” şüarı ilə keçirilən bu sərgi, xaricdə təhsil imkanlarını Azərbaycan gəncləri üçün daha yaxın etməyi hədəfləyir. Şagirdlər, tələbələr və valideynlər təqaüd proqramları, qəbul şərtləri və karyera perspektivləri barədə ətraflı məlumatı birinci əldən əldə edə bilərlər.
Gələcəyinizi bizimlə planlayın! Hər kəsi təhsil sərgimizdə gözləyirik!
Hörmətlə,
Rəna Nəcəfzadə-Sadəddinova
“İZ Community” Cəmiyyətinin təsisçisi və rəhbəri