...

TIF Azərbaycanda Orta Dəhlizin inkişafı ilə bağlı layihələri maliyyələşdirmək niyyətindədir (ÖZƏL)

İqtisadiyyat Materials 17 Aprel 2026 14:54 (UTC +04:00)
TIF Azərbaycanda Orta Dəhlizin inkişafı ilə bağlı layihələri maliyyələşdirmək niyyətindədir (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya.Trend:

Türk İnvestisiya Fondu (TİF) Azərbaycanda Orta Dəhlizin inkişafı ilə bağlı layihələri maliyyələşdirməyi planlaşdırır.

Bunu Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev Antalya Diplomatiya Forumu çərçivəsində Trend-in xüsusi müxbirinə açıqlamasında bildirib.

“Azərbaycanla bağlı prioritet maliyyələşdirmə istiqamətləri əsasən çoxsaylı logistika layihələrini əhatə edir. Xüsusi diqqət Orta Dəhlizə yönəldilir. Ümid edirik ki, yaxın zamanda onların icrasına başlaya biləcəyik”, – deyə o qeyd edib.

Amreyevin sözlərinə görə, fondun nizamnamə kapitalı 100 milyon ABŞ dolları təşkil edir və yaxın illərdə onun 3 milyard ABŞ dollarına qədər artırılması gözlənilir.

“Artıq 1 aprel tarixindən etibarən layihələrin icrasına başlanılıb. Təşəbbüslərin birinci qrupu iştirakçı ölkələrdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə həyata keçiriləcək. İkinci qrup layihələr isə İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirməni nəzərdə tutur”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti