...

"PAŞA Bank"dan sahibkarlar üçün yeni kredit kampaniyası

İqtisadiyyat Materials 17 Aprel 2026 13:31 (UTC +04:00)
"PAŞA Bank"dan sahibkarlar üçün yeni kredit kampaniyası

Bakı. Trend:

“PAŞA Bank” sahibkarlar üçün yaz mövsümünə özəl yeni kredit kampaniyasına start verib. 17 aprel tarixindən etibarən 1 ay müddətində onlayn biznes kreditləri üzrə 2% faiz endirimi tətbiq olunur.

Kampaniya çərçivəsində sahibkarlar 250,000 AZN-dək girovsuz biznes kreditlərini əvvəlki 13% əvəzinə 11%-dən başlayan faizlə tam onlayn şəkildə əldə edə bilərlər.

Bu təklif sahibkarlara maliyyə imkanlarını genişləndirmək, xərclərini optimallaşdırmaq və bizneslərini daha çevik idarə etmək imkanı yaradır. Kampaniya 15 may tarixinədək qüvvədədir və mikro, kiçik və orta bizneslər, eləcə də fərdi sahibkarlar üçün nəzərdə tutulub.

Kredit məhsulu “PAŞA Bank Biznes platforması” və mobil tətbiq vasitəsilə tam rəqəmsal, sürətli və əlavə maliyyə təhlili olmadan təqdim olunur. Ətraflı məlumat üçün təqdim olunan linkə keçid edə bilərsiniz.

“PAŞA Bank” beynəlxalq maliyyə nəşri "International Investor Magazine" tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb.

Bank son illərdə "Euromoney" və "Global Finance" kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlarla təltif olunub. Eyni zamanda, "Stevie Awards" tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Xəbər lenti

Xəbər lenti