...

Müdafiə naziri azad edilmiş ərazilərdə yeni hərbi hissələrdə olub - Tapşırıqlar verib (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2026 12:07 (UTC +04:00)
Müdafiə naziri azad edilmiş ərazilərdə yeni hərbi hissələrdə olub - Tapşırıqlar verib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, eləcə də hərbi infrasturktur obyektlərinin inşası və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə əsaslı təmir olunan və yeni inşa olunan təlim mərkəzi və hərbi hissələrdə görülən işlərlə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, keyfiyyətli tikinti materialları ilə inşa edilən yeni hərbi obyektlərdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi daima prioritetdə saxlanılır və xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri imkanlar yaradılır.
Nazirliyin rəhbər heyəti təmir-tikinti işlərinin yüksək keyfiyyətlə və plana uyğun müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti