...

Azərbaycan və Koreya arasında rəqəmsal maliyyə idarəçiliyi üzrə əməkdaşlıq genişlənir

İqtisadiyyat Materials 17 Aprel 2026 16:41 (UTC +04:00)
Azərbaycan və Koreya arasında rəqəmsal maliyyə idarəçiliyi üzrə əməkdaşlıq genişlənir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti 12-17 aprel tarixlərində Koreya Respublikasının Seul şəhərində işgüzar səfərdə olub.

Trend nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində dövlət maliyyəsinin rəqəmsal idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl texnoloji həllərin tətbiqi məqsədilə seminar və təlimlər keçirilib.

Tədbir çərçivəsində İnteqrasiya olunmuş Maliyyə İdarəetmə Sistemləri (IFMIS) üzrə texniki potensialın artırılması, müasir rəqəmsal xəzinədarlıq həllərinin öyrənilməsi, qabaqcıl “dBrain+” platformasının funksional imkanları və texniki məsləhət layihələrinin hazırlanması məsələləri müzakirə edilib. Eyni zamanda, dövlət maliyyə nəzarəti və xəzinədarlıq proseslərinin rəqəmsallaşdırılması üzrə beynəlxalq təcrübə və innovativ texnoloji yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, iki ölkə arasında dövlət maliyyəsinin rəqəmsal idarə olunması üzrə əməkdaşlıq çərçivəsində Koreyanın dəstəyi ilə cari il ərzində Azərbaycanda yeni nəsil xəzinədarlıq informasiya sisteminin yaradılması, eləcə də maliyyə nəzarəti xidmətinin rəqəmsallaşdırılması məqsədilə “e-Nəzarət” informasiya sisteminin tətbiqi istiqamətində məsləhətçi dəstəyinin göstərilməsi nəzərdə tutulur. Sözügedən təşəbbüslər dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın artırılması, nəzarət mexanizmlərinin gücləndirilməsi və operativ qərar qəbuletmə imkanlarının genişləndirilməsinə xidmət edir.

Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən bu təşəbbüs dövlət maliyyəsinin idarə olunması sisteminin müasirləşdirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və institusional potensialın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti