...

Livanla razılaşdırılmış atəşkəs müvəqqətidir - İsrail Katz

Dünya xəbərləri Materials 17 Aprel 2026 15:35 (UTC +04:00)
Livanla razılaşdırılmış atəşkəs müvəqqətidir - İsrail Katz
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə qüvvəyə minən 10 günlük İsrail–"Hizbullah" atəşkəsi müvəqqətidir.

Trend İsrail mediasına istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.

İsrailli nazir vurğulayıb ki, İsrail Müdafiə Qüvvələri (IDF) Livandakı mövqelərdən geri çəkilmir və bu ölkə ilə bağlı yerdə qalan tapşırıqlar, lazım gələrsə, güc tətbiq etməklə tamamlanacaq.

“IDF təmizlədiyi və tutduğu bütün əraziləri nəzarətində saxlayır və saxlayacaq. Livanda quru əməliyyatı və ölkə boyu "Hizbullah"a qarşı endirilən zərbələr bir çox nəticələr verib, lakin hələ tam başa çatmayıb”, - deyə Katz bildirib.

“Biz Livan ərazisində, Hizbullaha qarşı müharibənin ortasındayıq; hazırda müvəqqəti fasilə və 10 günlük atəşkəs tətbiq olunur", - o əlavə edib.

Katz döyüş əməliyyatlarının gedişində 1 700-dən çox "Hizbullah" döyüşçüsünün öldürüldüyünü qeyd edib və bildirib ki, bu rəqəm 2006-cı ildə baş vermiş II Livan Müharibəsində qeydə alınan saydan iki dəfədən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti