...

Azərbaycan regional məsuliyyət konsepsiyasını dəstəkləyir - Hikmət Hacıyev

Siyasət Materials 17 Aprel 2026 14:08 (UTC +04:00)
Azərbaycan regional məsuliyyət konsepsiyasını dəstəkləyir - Hikmət Hacıyev
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya. Trend:

Azərbaycan regional məsuliyyət konsepsiyasını dəstəkləyir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan “regional məsuliyyət” konsepsiyasını dəstəkləyir və hesab edir ki, regional problemlər region ölkələrinin özləri tərəfindən həll olunmalıdır.

“Regional məsuliyyət regiona mənsubluq və regional problemlərin tərəfdaşlarla birlikdə, xaricdən həlləri gözləmədən və ya onların tətbiqinə yol vermədən müstəqil şəkildə həll edilməsini bildirir”, — deyə Prezidentin köməkçisi qeyd edib.

H. Hacıyev vurğulayıb ki, bu yanaşma regional əməkdaşlıq, inteqrasiya və birgə liderliyi əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti