Ağdam. Trend:
Ağdam şəhərində Su Çərşənbəsi münasibətilə ilk bayram tonqalı qalanıb.
Trend-in yerli bürosu xəbər verir ki, yandırılan tonqal ətrafında sakinlər bir araya gələrək bayram əhval-ruhiyyəsini bölüşüb, uşaqlar tonqal üzərindən tullanaraq qədim inanclara uyğun şəkildə ilin ağırlıq və çətinliklərini tonqalda yandıraraq arxada qoyublar.
Qeyd edək ki, işğaldan azad edilən Ağdam şəhərində artıq ilin əvvəlindən etibarən sakinlərin məskunlaşdırılmasına başlanılıb. Hazırda Ağdam şəhər 2-ci yaşayış kompleksində 223 ailə, 821 sakin yaşayır.
