...

“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi

Cəmiyyət Materials 24 Fevral 2026 11:03 (UTC +04:00)
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi

Bakı. Trend:

“Coca-Cola” Azərbaycan gənc və yaradıcı istedadları dəstəkləmək məqsədilə tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verib. “Anadolu Group”un dəstəyi ilə həyata keçirilən müsabiqə iştirakçılara ideyalarını real biznes mühitində təqdim etmək, layihə idarəetməsi bacarıqlarını inkişaf etdirmək və şirkətin rəhbər heyəti ilə tanış olmaq imkanı yaradacaq.

Müsabiqənin yarımfinal mərhələsinə seçilən tələbələr iyul ayında keçiriləcək 3 günlük “Innovation Bootcamp” proqramında iştirak edəcəklər. Proqram çərçivəsində onlar layihə idarəetməsi üzrə təlimlərə qatılacaq, mentorluq dəstəyi alacaq və ayrılan maliyyə vəsaiti hesabına ideyalarının prototiplərini hazırlayacaqlar.

Oktyabr ayında keçiriləcək final mərhələsində ən uğurlu üç layihə pul mükafatı ilə təltif olunacaq. Birinci yerin qalibi isə noyabr ayında Türkiyədə “Anadolu Group” şirkətinə səfər etmək imkanı əldə edəcək.

“One Idea” müsabiqəsinə təqdim olunan ideyalar “Coca-Cola” sisteminin əsas fəaliyyət istiqamətlərindən birinə uyğun olmalıdır. Bu istiqamətlərə məhsullar və innovasiyalar, təchizat zənciri, istehsalat, satış, logistika, insan resursları, maliyyə, ətraf mühit, rəqəmsallaşma və texnologiyalar daxildir.

Qeyd edək ki, müsabiqənin bütün mərhələləri ingilis dilində keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən tələbələr 31 mart tarixinə qədər posterdə yerləşdirilmiş QR kodu skan edə və ya aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://lnkd.in/dGKAEPD4

“Coca-Cola” şirkəti bu gün dünyada 200-dən çox ölkədə istehlakçılara məhsul təqdim edən qlobal içki istehsalçısıdır və məqsədi insanları təravətləndirmək və cəmiyyətə müsbət təsir göstərməkdir. Şirkət Azərbaycanda fəaliyyətinə 1994-cü ildə, Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkibində “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb. Ölkədə həyata keçirdiyi sosial layihələr çərçivəsində şirkət 3 milyon dollardan çox investisiya yatıraraq tullantıların azaldılması, su ehtiyatlarının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılmasına töhfə verib.

Xəbər lenti

Xəbər lenti