Bakı. Trend:
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Ukraynanın paytaxtı Kiyevə rəsmi səfər edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Fon der Lyayenin sözlərinə görə, səfərin məqsədi həm də Ukrayna xalqına açıq dəstək ismarıcı göndərmək və Avropanın mövqeyinin dəyişməz olduğunu nümayiş etdirməkdir.
“Müharibənin başlanmasından indiyə qədər artıq onuncu dəfədir Kiyevdəyəm. Avropanın Ukraynanın yanında qətiyyətlə dayandığını - maliyyə, hərbi sahələrdə təsdiqləmək üçün buradayam. Ukraynanın ədalətli mübarizəsinə dəyişməz sadiqliyimizi vurğulamaq istəyirik”, - deyə o, "X" sosial şəbəkəsində paylaşımında qeyd edib.
Məlumata görə, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ukrayna müharibəsinin dördüncü ildönümünə həsr olunmuş rəsmi anım mərasimində iştirak edəcəklər.
