...

Ukraynanın yenidən qurulması 588 milyard dollara başa gələcək - Dünya Bankı

Dünya xəbərləri Materials 23 Fevral 2026 23:08 (UTC +04:00)
Ukraynanın yenidən qurulması 588 milyard dollara başa gələcək - Dünya Bankı

Bakı. Trend:

Ukraynanın müharibədən sonrakı bərpası üçün tələb olunan vəsaitin 10 il ərzində təxminən 588 milyard dollar olacağı ehtimal edilir.

Trend xəbər verir ki, bu rəqəmlər Dünya Bankı, BMT, Avropa Komissiyası və Ukrayna hökumətinin birgə hazırladığı hesabatda öz əksini tapıb.

Qeyd olunub ki, 2025-ci il dekabrın 31-nə olan hesablamalara əsasən, ölkənin tam bərpası növbəti on il ərzində təqribən 588 milyard dollara başa gələcək. Hesabatda vurğulanır ki, bu göstərici Ukraynanın 2025-ci il üzrə nominal ümumi daxili məhsulunu (ÜDM) təxminən üç dəfə üstələyir.

Sahələr üzrə bölgüyə əsasən, nəqliyyat sektorunda bərpa işlərinə 96 milyard dollar, energetika sahəsinə 91 milyard dollara yaxın, mənzil fonduna təxminən 90 milyard dollar, ticarət və sənaye istiqamətlərinə 63 milyard dollardan artıq, kənd təsərrüfatına isə 55 milyard dollardan çox vəsait tələb olunur.

Sənəd müəllifləri bildiriblər ki, ərazilərin minalardan təmizlənməsi üçün 28 milyard dollara qədər maliyyə vəsaiti lazım ola bilər.

Xəbər lenti

Xəbər lenti