...

Paytaxtın bu küçəsi təmir olundu (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2026 09:53 (UTC +04:00)
Paytaxtın bu küçəsi təmir olundu (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Rahat və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə Xətai rayonu ərazisində yerləşən Fəzail Bayramov küçəsinin bir hissəsində təmir işləri həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, ərazidə gündüz saatlarında müşahidə olunan nəqliyyat sıxlığı nəzərə alınaraq, hərəkətin məhdudlaşdırılmaması üçün işlər gecə saatlarında icra olunub.

Təmir işləri küçənin Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinədək olan 270 metrlik hissəsini əhatə edib. Ümumilikdə təqribən 5 500 kvadratmetr sahədə köhnə asfalt örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi təmin olunub.

Aparılan işlər nəticəsində sözügedən hissədə nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti