Bakı. Trend:
Avstraliyanın Baş naziri Entoni Albaneze təhlükəsizlik təhdidi ilə əlaqədar Kanberra şəhərindəki rəsmi iqamətgahından təxliyə olunub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Avstraliya Federal Polis İdarəsinin sözçüsü bildirib ki, ehtimal olunan təhlükəsizlik insidenti barədə məlumat yerli vaxtla 18:00 radələrində daxil olub.
“Mühafizə olunan obyekt ərazisində hərtərəfli axtarış aparılıb və şübhəli heç nə aşkar edilməyib. Hazırda ictimaiyyət və ya ümumi təhlükəsizlik üçün heç bir təhdid yoxdur. Əlavə məlumatlar münasib vaxtda təqdim ediləcək”,-deyə məlumatda qeyd olunur.
Bundan əvvəl Albaneze həmin iqamətgahda “Nine” telekanalının jurnalisti Karl Stefanoviçə bir saatlıq müsahibə vermişdi.
