...

Azərbaycan UNESCAP tərəfindən təşkil olunan forumda təmsil olunur

İqtisadiyyat Materials 24 Fevral 2026 17:54 (UTC +04:00)
Azərbaycan UNESCAP tərəfindən təşkil olunan forumda təmsil olunur
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Banqkok şəhərində dayanıqlı inkişafa həsr olunmuş 13-cü Regional Forumu öz işinə başlayıb.

Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan forumun İdarəedici Bürosuna üzv seçilib.

Azərbaycanı forumun sədr müavini qismində iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov təmsil edir.

Tədbirdə 40-dan çox ölkədən 1200-dən çox dövlət rəsmisi, beynəlxalq təşkilat, özəl sektor və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edir. Forumda Asiya və Sakit Okean regionu ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində mövcud çağırışlar, prioritetlər və əməkdaşlıq imkanları müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti