Bakı. Trend:
Perunun cənubunda Mi-17 tipli hərbi helikopter qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qəzaya uğrayan helikopter Arekipa rayonunda tapılıb.
Xlasedicilər ekipajın 4 üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər.
Qəzanın səbəbləri hələlik müəyyən edilməyib.