...

Naxçıvanda 5 kiloqramdan artıq metamfetamin aşkar edildi (VİDEO)

Hadisə Materials 23 Fevral 2026 09:35 (UTC +04:00)
Naxçıvanda 5 kiloqramdan artıq metamfetamin aşkar edildi (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, narkotik vasitə "Sədərək" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub. "X-ray" stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254,397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı aradırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti