...

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2027-ci ilə qədər uzatdı

Dünya xəbərləri Materials 23 Fevral 2026 16:11 (UTC +04:00)
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2027-ci ilə qədər uzatdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Ukraynaya hücumla əlaqədar Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətini 24 fevral 2027-ci ilə qədər uzadıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə blokun rəsmi saytında dərc olunmuş sənəddə qeyd olunur.

Rusiyaya qarşı sanksiyalar əsasən maliyyə, enerji, ticarət, müdafiə-hərbi, nəqliyyat, texnologiya və xidmət sektorlarını əhatə edir. Bankların bir hissəsi SWIFT sistemindən ayrılıb, Rusiya nefti və enerji məhsullarının idxalına məhdudiyyətlər tətbiq olunub, həmçinin yüksək texnologiyaların və ikili təyinatlı malların ixracı qadağan edilib.

Bundan əlavə, Rusiya mediasının yayımı, bəzi fiziki və hüquqi şəxslərin aktivləri, eləcə də gəmiçilik və aviasiya sahələrinə qarşı fərdi və sektor sanksiyaları qüvvədədir.

Bu tədbirlər 2014-dən tətbiq olunur, lakin 2022-ci ildən sonra genişləndirilib və Rusiyanın iqtisadi, hərbi-sənaye, eləcə də maliyyə imkanlarını məhdudlaşdırmağa yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti