...

Fransada 63 nəfər dağlıq ərazidə köməksiz qaldı

Dünya xəbərləri Materials 23 Fevral 2026 08:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın İzer departamentində qar uçqunu nəticəsində 63 nəfər yüksək dağlıq ərazidə köməksiz qalıb.

Trend xəbər verir ki, uçqun səbəbindən yol bağlanıb və əraziyə avtomobillə getmək mümkün olmayıb.

Buna görə də Daxili İşlər Nazirliyinin xilasediciləri zərərçəkənlərin təxliyəsi üçün helikopterdən istifadə ediblər.

Meteoroloqlar sözügedən ərazidə uçqun riskinin yüksək olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti