Bakı. Trend:
ABŞ hərbi dəniz donanmasının ən iri aviadaşıyıcısı hesab olunan “USS Gerald R. Ford” bir müddət əvvəl Yunanıstanın Krit adasının sularına çatıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, gəminin Krit sahillərinə yaxın görüntüləri “X” sosial şəbəkəsində yayılıb.
“Souda Bay” limanına aviadaşıyıcının daxil olduğunu əks etdirən görüntülərdə onun ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstək bazasına maddi texniki təchizat məqsədilə yan aldığı bildirilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana hərbi zərbələrin endirilməsi variantını nəzərdən keçirdiyi bir vaxtda - fevral ayının əvvəlində aviadaşıyıcı zərbəçi qrupun Yaxın Şərqə göndərilməsi barədə göstəriş verib.
