Bakı. Trend:
Meksika Prezidenti Klaudiya Şeynbaum ölkənin əksər hissəsində vəziyyətin nəzarət altında qaldığını bildirib.
Trend xəbər verir ki, dövlət başçısı keçirilən əməliyyatdan sonra bəzi məhdudiyyətlərin tətbiq olunmasına baxmayaraq, hakimiyyət orqanlarının bütün ştatlarla koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini qeyd edib.
Onun sözlərinə görə, ölkənin böyük hissəsində vəziyyət sakit olaraq qalır və hüquq-mühafizə orqanları təhlükəsizliyin təmin edilməsi istiqamətində işlərini davam etdirir.
