...

Azərbaycanda özəl xəstəxanalar da onkoloji xidmət göstərəcək

Siyasət Materials 23 Fevral 2026 11:23 (UTC +04:00)
Azərbaycanda özəl xəstəxanalar da onkoloji xidmət göstərəcək
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda özəl xəstəxanalar da onkoloji xidmət göstərə biləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Qanunlarına edilən dəyişiklikdə əlksini tapıb.

Qanuna əsasən, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərəcək.

İxtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu da vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti