...

Azərbaycanda neft koksu istehsalı artıb

Energetika Materials 21 Fevral 2026 16:54 (UTC +04:00)
Azərbaycanda neft koksu istehsalı artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycanda 19,2 min ton neft koksu istehsal olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 min ton və ya 9,1 faiz çoxdur. Həmin vaxt 17,6 min ton neft koksu istehsal olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanda 2,252 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 56 min ton və ya 2,4 faiz azdır.

Həmin dövrdə xam neftin ümumi hasilatının 2,248 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 53 min ton və ya 2,3 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti