Bakı.Trend:
Dəmir yolu nəqliyyatı ilə 2026-cı ilin yanvar ayında 1,2 milyon ton yük, 856,2 min sərnişin daşınıb.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən dərc edilən aylıq statistikada yer alıb.
Məlumata görə, 2025-ci ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 18,9 faiz azalma, sərnişin daşınmasında isə 20,0 faiz artım müşahidə olunub.
Dəniz nəqliyyatı ilə 2026-cı ilin yanvar ayında daşınmış yüklərin həcmi 658,8 min ton təşkil edib və əvvəlki ilin yanvar ayına nisbətən 20,1 faiz azalıb. Yüklərin 60,1 faizini neft yükləri təşkil edib.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2025-ci ilin yanvar ayına nisbətən 29,6 faiz azalaraq 1,9 min nəfər olub.
Dəniz limanları tərəfindən 916,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 705,9 min tonunu və ya 77,0 faizini tranzit yüklər təşkil edib. 2026-cı il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 9,8 min ton olub.
