...

Zelenski və NATO-nun baş katibi Rusiya ilə gözlənilən danışıqlara hazırlığı müzakirə etdilər

Dünya xəbərləri Materials 21 Fevral 2026 19:47 (UTC +04:00)
Zelenski və NATO-nun baş katibi Rusiya ilə gözlənilən danışıqlara hazırlığı müzakirə etdilər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, Zelenski bu barədə öz teleqram kanalında paylaşım edib.

Ukrayna lideri bildirib ki, diplomatik fəaliyyətin bütün əsas istiqamətləri üzrə mövqelər uzlaşdırılıb və bir çox məsələlərdə Mark Rütte ilə baxışlarının üst-üstə düşməsindən məmnunluq duyur.

Zelenski həmçinin Rütteni ABŞ və Rusiya ilə planlaşdırılan növbəti üçtərəfli danışıqlar mərhələsinə hazırlıq prosesi, eləcə də tərəflərin mövqeləri barədə məlumatlandırdığını qeyd edib.

Onun sözlərinə görə, telefon danışığında Ukraynada energetika sektorundakı vəziyyət də diqqət mərkəzində olub: “Energetika sahəsində mövcud vəziyyəti və PURL proqramı çərçivəsində gələcək fəaliyyətin vacibliyini müzakirə etdik. PURL vasitəsilə müdafiəmizə sərmayə yatıran bütün Avropa ölkələrinə təşəkkür edirəm. Mark, dəstəyə görə minnətdaram”.

Xəbər lenti

Xəbər lenti