...

Nyu-Yorkda qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edildi

Dünya xəbərləri Materials 23 Fevral 2026 02:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nyu-York meri Zöhran Mamdani şəhərə yaxınlaşan qar fırtınası səbəbindən meqapolisdə fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, Mamdani bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Qar fırtınası öncəsi yerli səviyyədə fövqəladə vəziyyət rejimi elan edirik”, – deyə o qeyd edib.

Şəhər rəhbəri bildirib ki, bazar günü axşamdan bazar ertəsi günortaya qədər avtomobillərin hərəkəti üçün magistral yollar bağlanacaq, məktəblərdə dərslər ləğv ediləcək, şəhər boyu isə isinmə məntəqələri açılacaq.

Milli Meteorologiya Xidmətinin məlumatına görə, Nyu-Yorka təxminən 45 sm yağıntı düşə bilər, küləyin sürəti isə saniyədə 26 metri keçə bilər.

Xəbər lenti

Xəbər lenti