Bakı. Trend:
Böyük Britaniyada keçiriləcək seçkilərdə qələbə qazanacağı təqdirdə, “İslahatçılar” ( Reform UK) partiyası ölkədən hər il 288 min qeyri-qanuni miqrantın deportasiyası məqsədilə ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) analoqunu yaratmağı planlaşdırır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə partiyanın sədri Ziya Yusuf bildirib.
Siyasətçinin fikrincə, Böyük Britaniyanın sərhədlərinin təhlükəsizliyi təmin edilməlidir.
“Avropa İnsan Hüquqları Məhkəməsindən çıxacağıq və burada qanunsuz yaşayan şəxsləri deportasiya edəcəyik”, - Yusuf bildirib.
KİV yazır ki, Britaniyada yaradılması nəzərdə tutulan miqrasiya qurumu “Britaniya Deportasiya Komandanlığı” adlanacaq. Qurumun eyni vaxtda 24 min qeyri-qanuni miqrantı saxlaması və gündəlik olaraq beşədək aviareys təşkil etməklə ildə 288 min nəfəri ölkədən deportasiya etməsi planlaşdırılır.
