...

Zakir Həsənov hava hücumundan müdafiə hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxladı

Cəmiyyət Materials 21 Fevral 2026 15:53 (UTC +04:00)
Zakir Həsənov hava hücumundan müdafiə hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxladı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə hava hücumundan müdafiə hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissənin komanda məntəqəsində xidməti tapşırıqların yerinə yetirilməsi və mövcud vəziyyət barədə məruzələri dinləyib.

Nazirliyin rəhbər heyəti ixtisas hazırlığı üzrə məşğələlərin keçirilməsini izləyib, şəxsi heyətin peşəkarlıq səviyyəsi, nəzəri biliklərinin tətbiqi, həmçinin silah və texnikadan düzgün istifadə bacarıqları yüksək qiymətləndirilib.

General-polkovnik Zakir Həsənov keçirilən təlim və məşqlər zamanı HHM bölmələrinin arsenalına yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiq imkanlarının mənimsənilməsi, şəxsi heyətin bu vasitələrdən düzgün və təhlükəsiz istifadə bacarıqlarının artırılması barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti