...

İsrail ordusu HƏMAS-a aid bir kilometrlik gizli tuneli məhv edib

Dünya xəbərləri Materials 23 Fevral 2026 11:58 (UTC +04:00)
İsrail ordusu HƏMAS-a aid bir kilometrlik gizli tuneli məhv edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzzanın cənubunda yerləşən Rəfah şəhərində uzunluğu bir kilometr olan HƏMAS-a məxsus tunel İsrail ordusunun mühəndis-istehkam bölmələri tərəfindən məhv edilib.

Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.

İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin məlumatına əsasən, tuneldə HƏMAS əməliyyatçılarının gizlənməsi üçün bir neçə otaq olub. İçəridən əsgərlər bir neçə silah da aşkarlayıb.

Tunel 7-ci Zirehli Briqadanın ərazinin təmizlənməsi əməliyyatları zamanı Qəzza atəşkəs xəttinin İsrail tərəfində aşkarlanmışdı. Tunel əlahiddə “Yahalom”mühəndis-istehkam bölməsi tərəfindən partladılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti