Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ABŞ Ali Məhkəməsinin qərarından sonra bütün üzv dövlətlər üçün 15 faiz rüsumlar barədə ABŞ ilə bağlanmış müqavilədən çıxmaq niyyətində deyil, lakin Vaşinqtondan növbəti addımları ilə bağlı aydınlıq gözləyir.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyası ABŞ Ali Məhkəməsinin ABŞ administrasiyasının dünyanın əksər ölkələrinə tətbiq etdiyi rüsumları qanunsuz hesab edən qərarı ilə bağlı açıqlamasında bildirib.
"Müqavilə müqavilədir. ABŞ-nin ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı, ABŞ-ın birgə bəyanatda göstərilən öhdəliklərini yerinə yetirməsini gözləyir, və Aİ də öz öhdəliklərini yerinə yetirəcək", - deyə qeyd olunub.
Eyni zamanda, məhkəmənin qərarından sonra yaranan qeyri-müəyyənliyin "ədalətli, balanslı və qarşılıqlı faydalı transatlantik münasibətlərə" töhfə vermədiyini vurğulayır.