...

Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları keçirildi (FOTO)

İdman Materials 20 Fevral 2026 22:15 (UTC +04:00)
Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları keçirildi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilk partiyaları oynanılıb.

Trend xəbər verir ki, kişilərin final görüşündə ilk qarşılaşma heç-heçə ilə yekunlaşıb.

Belə ki, Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə sülhə razılaşıb.

Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edərək üstünlük qazanıb.

Üçüncü yer uğrunda keçirilən görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova ilə Gülnar Məmmədova arasında baş tutan partiya isə heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, cavab görüşləri sabah keçiriləcək.

Xəbər lenti

Xəbər lenti