...

Zeki Çelik karyerasını "Yuventus"da davam etdirəcək

İdman Materials 20 Fevral 2026 23:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Roma" ilə müqaviləsi yayda başa çatacaq Zeki Çelik klubu tərk edəcək.

Trend xəbər verir ki, bu barədə "La Stampa" məlumat yayıb.

Məlumata görə, "Roma" Zekinin illik 4 milyon avro maaş tələbini qəbul etməyib və tərəflər razılığa gələ bilməyiblər. 29 yaşlı sağ cinah müdafiəçisinin karyerasını Juventusda davam etdirəcəyi bildirilir. "Ağ-qaralar" yayda azad agent statusunda olacaq təcrübəli oyunçu ilə artıq razılıq əldə edib.

Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında Lilledən 7,4 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində 31 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti