...

Ermənistan da Cənub Qaz Dəhlizi Məşvərət Şurası layihələrinin bir hissəsi ola bilər - Bayraktar

Siyasət Materials 20 Fevral 2026 17:57 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayının əvvəlində keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində layihəni növbəti mərhələyə keçirməyi hədəfləyirik. Bu prosesin bir hissəsi Ermənistan ola bilərmi? Əlbəttə, mümkündür.

Trend xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib bildirib.

“Biz bu kontekstdə normallaşmanı dəstəkləyirik və normallaşma dedikdə, əslində iqtisadi münasibətlərin də normallaşmasını nəzərdə tuturuq. Qeyd etdiyiniz kimi, enerji sahəsində də əməkdaşlığı genişləndirə bilərik. Bu istiqamətdə yaxşı imkanlar mövcuddur. Ümid edirəm ki, bu proses hər kəs üçün faydalı şəkildə davam edəcək”, – deyə o bildirib.

Türkiyəli nazir eyni zamanda Azərbaycanın Türkiyənin qaz tədarükündə oynadığı rolu vurğulayıb.

“Azərbaycan bizim, təbii ki, çox mühüm enerji tərəfdaşımızdır. Türkiyədə bir çox sahələrdə, xüsusilə enerji sektorunda investisiyalar həyata keçirilir, birlikdə icra etdiyimiz və reallaşdırdığımız layihələr mövcuddur. Təbii qaz bizim üçün son dərəcə önəmlidir, çünki ondan həm elektrik enerjisinin istehsalında, həm məişətdə, həm də sənayedə istifadə edirik və Azərbaycan, eləcə də SOCAR uzun illərdir bizim üçün çox əhəmiyyətli təchizatçıdır; aramızda boru kəmərləri mövcuddur. İmzalanmış bu saziş 2030-cu ildən sonra da münasibətlərin və ticarətin davamlılığını təmin edəcək.

Ölkəmiz öz qazını istehsal edir, Qara dənizdə genişmiqyaslı işlər aparılır, lakin buna baxmayaraq, ümumi tələbatımız yüksək olaraq qalır. Bu səbəbdən ehtiyacımızın bir hissəsini, əldə edə bildiyimiz həcmi növbəti 15 il ərzində Azərbaycandan alacağıq. Bu baxımdan sənəd xüsusi əhəmiyyət kəsb edir”,- deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti