...

İrana razılaşma bağlamaq üçün 10-15 gün vaxt verilir - Tramp

Dünya xəbərləri Materials 20 Fevral 2026 01:09 (UTC +04:00)
İrana razılaşma bağlamaq üçün 10-15 gün vaxt verilir - Tramp

Bakı. Trend:

İranın nüvə proqramı ilə bağlı ABŞ ilə razılığa gəlməsi üçün 10-15 günü var.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib.

"Düşünürəm ki, söhbət 10-15 gündən gedir. Yəqin ki, maksimum müddət budur", - deyə o bildirib.

ABŞ prezidenti bir daha xəbərdarlıq etdi ki, əgər razılaşma əldə olunmazsa, "İranın başına çox pis şeylər gələcək".

"Bu və ya digər şəkildə razılaşma əldə edəcəyik", - deyə D.Tramp əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti