Bakı. Trend:
Artıq sifariş edilmiş 35 ədəd “F-35” qırıcı-bombardmançıdan əlavə ABŞ-dən bu tip təyyarələrin alınmasının davam etdirilməsi ilə bağlı hazırda heç bir planımız yoxdur.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, mümkün hərbi texnika alışlarına yalnız Bundestag tərəfindən təsdiqləndikdən sonra münasibət bildirəcəklər.
Bundan əvvəl Qərb KİV-lərində Berlinin Fransa ilə birgə yeni nəsil qırıcı təyyarənin yaradılması layihəsinin icrasında yaranmış çətinliklər səbəbindən ABŞ-də daha çox “F-35” idxal etmək imkanını nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.
