Bakı. Trend:
"ASOS" onlayn-mağazasının həmtəsisçisi Kventin Qriffits müəmmalı şəraitdə Tailandda dünyasını dəyişib. Onun 17-ci mərtəbədə yerləşən mənzilindən yıxılaraq həlak olduğu bildirilir.
Trend bu barədə Britaniya KİV-ə istinadən xəbər verir.
Məqalədə qeyd olunur ki, Qriffits son vaxtlar taylandlı keçmiş həyat yoldaşı ilə münaqişə vəziyyətində olub. Qadın onların birlikdə idarə etdikləri şirkətdən 500 min funt sterlinq məbləğində vəsaiti mənimsəməkdə ittiham edilir.
2025-ci ildə həyat yoldaşı polisə müraciət edərək Qriffitsi torpaq sahəsinin və səhmlərin onun xəbəri olmadan satılması üçün sənədlərin saxtalaşdırılmasında ittiham edib. Həmin vaxt Qriffits həbs olunmuş, irəli sürülən bütün ittihamları rədd etmiş və dindirildikdən sonra sərbəst buraxılmışdı. Lakin iş üzrə istintaq davam edirdi.
Qeyd edək ki, "ASOS" 2000-ci ildə Londonda təsis edilmiş Böyük Britaniyaya məxsus geyim və kosmetika onlayn mağazasıdır. Şirkət əsasən gənc kütləyə hədəflənib.
