...

Türkiyədə danışılmış futbol matçları ilə bağlı əməliyyat – 30-dan çox saxlanılan var

Dünya xəbərləri Materials 20 Fevral 2026 11:15 (UTC +04:00)
Türkiyədə danışılmış futbol matçları ilə bağlı əməliyyat – 30-dan çox saxlanılan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə başda İstanbul olmaqla 9 vilayətdə danışılmış matçlar və mərc oyunları ilə bağlı manipulasiyalarla əlaqədar genişmiqyaslı əməliyyat keçirilib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Rəhbərlik etdiyi futbol klubunun oyunlarına şübhəli hesab edilən seçimlər üzrə mərc oynadığı müəyyən olunan şəxslərin saxlanılması məqsədilə başda İstanbul olmaqla Adana, Ankara, Antalya, Denizli, Giresun, İzmir, Konya və Muğla vilayətlərində müəyyən edilmiş ünvanlara eyni vaxtda reydlər təşkil edilib.

Əlaqələndirilmiş əməliyyatlar nəticəsində 31 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı şübhəlilərə məxsus mobil telefonlar, kompüterlər, xarici yaddaş qurğuları və USB daşıyıcılar da daxil olmaqla bütün elektron avadanlıqların götürüldüyü bildirilib.

Saxlanılan şəxslərin tam şəxsiyyəti və olduqları yerlə bağlı ətraflı məlumat verilməyib, barələrində aparılan istintaqın davam etdiyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti