...

Energetika naziri Qubada vətəndaşları qəbul edib (FOTO)

Energetika Materials 20 Fevral 2026 18:00 (UTC +04:00)
Energetika naziri Qubada vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Quba rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, küçə işıqlandırılması, qeyri-yaşayış obyektinin qazlaşdırılması, elektrik dirəklərinin yerinin dəyişdirilməsi, mühafizə zonaları, sayğacların quraşdırılması, elektrik təsərrüfatının yenilənməsi, elektrik enerjisi və qazdan istifadəyə görə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Quba, Qusar və Xaçmaz rayonlarından olan 43 vətəndaş iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti