...

Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı

Cəmiyyət Materials 20 Fevral 2026 19:09 (UTC +04:00)
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Ramazan ayının üçüncü günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 21-də Bakıda imsak saat 06:01, iftar isə saat 18:37-dədir.

Ramazan ayının 3-cü gününün duası:

"Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin".

Tərcüməsi:

"İlahi, bu gün mənə huşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey səxavətlilərin ən səxavətlisi!"

Allah orucunuzu qəbul etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti