...

İlkin istintaqdakı pozuntular məhkəmə qərarlarının ləğvinə səbəb olur - Hafiz Nəsibov

Cəmiyyət Materials 20 Fevral 2026 17:13 (UTC +04:00)
İlkin istintaqdakı pozuntular məhkəmə qərarlarının ləğvinə səbəb olur - Hafiz Nəsibov
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Məhkəmənin icraata effektiv nəzarəti onun keyfiyyətinə birbaşa təsir göstərir. İcraatın keyfiyyətinin artırılması isə hazırda qarşımızda duran mühüm vəzifələrdən biridir.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Hakimlərinin II Forumunda Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov "Cinayət mühakimə icraatının aktual məsələləri və müasir çağırışlar" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, cinayət araşdırmasının ilkin mərhələsində yol verilən nöqsanlar, xüsusilə prosessual pozuntular və düzgün icra olunmamış istintaq hərəkətləri, icraatın sonrakı mərhələlərində, birinci instansiya məhkəməsində hazırlıq iclasında və ya apellyasiya baxışı zamanı əksər hallarda aşkarlanmır və ya onlara lazımi hüquqi qiymət verilmir:

"Apellyasiya instansiyası məhkəməsində işlər, adətən, məhkəmə istintaqı aparılmadan araşdırıldığından, ilkin mərhələdə buraxılmış pozuntular diqqətdən kənarda qala bilir. Halbuki həmin nöqsanlar cinayət prosesinin başlanğıc mərhələsində formalaşır və sonrakı icraata birbaşa təsir göstərir. Nəticədə bu cür pozuntular kassasiya qaydasında məhkəmə qərarlarının ləğv edilməsinə və işlərin yenidən apellyasiya baxışına qaytarılmasına səbəb olur".

Xəbər lenti

Xəbər lenti