...

Beyləqanda kolluq sahədə başlayan yanğın meşə zolağına keçdi (FOTO)

Hadisə Materials 19 Fevral 2026 21:59 (UTC +04:00)
Beyləqanda kolluq sahədə başlayan yanğın meşə zolağına keçdi (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Beyləqan rayonunda iri həcmli yanğın qeydə alınıb.

Trend-in yerli müxbirinin məlumatına götə, güclü külək səbəbindən kolluq sahədə alovlanan yanğın Eyvazalılar–Tatarlar kəndləri istiqamətində yerləşən meşə zolağına yayılıb.

Hadisə ilə bağlı dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin rayon üzrə yanğınsöndürmə briqadaları tam heyətlə göndərilib. Yanğının miqyası böyük olduğuna görə, yaxın rayonlardan əlavə qüvvələrin cəlb edilməsi də nəzərdə tutulur.

Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti