Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın şərqindəki "Hizbullah" təşkilatının hərbi hədəflərinə bir sıra zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə "Lebanon 24" xəbər portalı bildirib.
Məlumata əsasən, Suriya ilə sərhəddəki dağlıq ərazidəki təlim bazaları və yeraltı tikililər bombardman edilib. Şahidlər Nəbi Şit şəhəri yaxınlığında güclü partlayışlar barədə məlumat veriblər.